ABŞ hesab edir ki, Ukrayna Rusiyanın Kursk vilayətindəki ərazilərini ən azı bir neçə ay əlində saxlaya biləcək.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” amerikalı rəsmilərə istinadla yazıb.
“Ukrayna indiyədək Kursk bölgəsinə tədarükün çatdırılmasında heç bir ciddi problemlə üzləşməyib, çünki Rusiya qüvvələrinin buradakı hərəkətləri xırda əks-hücumlarla məhdudlaşdı. Rusiya bütün diqqətini Ukraynanın şərqinə doğru irəliləməyə cəmləyib, – nəşr bildirib.