Noyabrın 24-də Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub. Daha 50 ukraynalı hərbçi vətənə qayıdıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak Teleqram səhifəsində məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna Milli Qvardiyasının 20, Hərbi Dəniz Qüvvələrinin 12, Ukrayna Silahlı Qüvvələrinin 10, Dövlət Sərhəd Xidmətinin 6, özünümüdafiə dəstəsinin 2 əsgəri geri qaytarılıb.
Yermak bildirib ki, azad edilənlər arasında 2 zabit, 48 sıravi və çavuş var.