Dekabrın 1-də Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub. Daha 50 ukraynalı hərbçi vətənə qayıdıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak teleqram səhifəsində məlumat yayıb.
O yazıb ki, Mariupol və Azovstalın müdafiəçiləri, eləcə də Yelenovka koloniyasında olan hərbçilər vətənə qayıdırlar. Eyni zamanda, Donetsk, Luqansk və Zaporojye istiqamətlərində döyüşlərdə iştirak edən yaralı əsgərlər əsirlikdən azad edilib.
“Bu, hər gün davam edən böyük işdir. Son ukraynalı əsirlikdən çıxarılana qədər çalışacağıq”, – deyə Yermak əlavə edib.