Ukrayna bir neçə aydır ki, ölkənin cənubunda, xüsusən də Xerson ətrafında geniş əraziləri ələ keçirmək üçün böyük hücum planlaşdırır. Onlar gecikdirmə strategiyasından istifadə edir, Rusiyaya cəbhədə təzyiq göstərərək, ordunun ruhunu sındırır.
AzerTimes xəbər verir ki, bunu “Royal United Servis İnstitutu”nun müdafiə araşdırma mərkəzinin baş elmi işçisi Castin Bronk deyib.
“Son ay yarım ərzində Rusiya Donbasdan Xerson istiqamətində əhəmiyyətli qüvvələr köçürməyə nail olub. Amma bu qoşunların əhval-ruhiyyəsinin necə olduğu məlum deyil. Müharibə başlayandan bəri Rusiya silahlı qüvvələrinin gücünün azalması ilə bağlı müxtəlif məlumatlar yayılsa da, bu, Moskva tərəfindən dəfələrlə təkzib edilib. Ukrayna HIMARS-dan istifadə edərək zərbələri davam etdir. Çünki bu zərbələr uğurludur və rusların təchizat xətlərini kəsir. Bununla belə, Ukrayna hələ də ehtiyatlı olmalıdır”, – o bildirib.