Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları cənub və şərqdə nəzərəçarpacaq dərəcədə uğurla davam edir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Ukrayna qoşunları Xerson vilayətinin qərb hissəsində bir neçə istiqamətdə irəliləyib və Donetsk vilayətində Severski Donets çayının o tayındakı ərazilərin təhlükəsizliyini təmin ediblər. Ukrayna qüvvələri Rusiya qüvvələrini tükəndirmək və onların qarşısını almaq üçün Rusiyanın quru rabitə xətlərinə, sursat anbarlarına və əsas mövqelərinə zərbələr endirməkdə davam edir. Ola bilər ki, ruslar vaxtaşırı əks-hücuma keçəcək və azad edilmiş yaşayış məntəqələrinə və irəliləyən Ukrayna qoşunlarına güclü artilleriya və havadan hücumlar həyata keçirərək itirilmiş mövqelərin bir hissəsini geri alacaqlar”, – məlumatda deyilir.
İnstitut Xerson vilayətində bir yaşayış məntəqəsinin və Donetsk vilayətində bir yaşayış məntəqəsinin azad edilməsi faktını təsdiqləyib:
“1-ci ordu korpusuna daxil olan “dxr”in 127-ci alayının şəxsi heyəti təchizat çatışmazlığı səbəbindən döyüşməkdən imtina edib. Rus qoşunları Zaporojye vilayətinin arxa bölgələrindəki əsas quru kommunikasiya xətləri boyunca yerləşən ərazilərdə hərbi əməliyyatlar aparır”.