Ukrayna çempionu müharibədə həlak oldu

Ukrayna çempionu müharibədə həlak oldu

Ukraynanın daha bir idmançısı Rusiya ilə müharibədə həlak olub.

AzerTimes UNIAN-a istinadən xəbər verir ki, stronqmen üzrə həvəskarlar arasında ölkə çempionu Vasili Pavelyev döyüş tapşırığını yerinə yetirərkən gülləyə tuş gəlib.

Kiyev patrul polisinin üzvü olan idmançı ilə yanaşı, onun həmkarı Oleq Voloşin də həyatını itirib.

Qeyd edək ki, indiyədək müharibədə Ukraynanın 100-ə yaxın idmançısı həlak olub.

Teqlər: