Fevralın 24-də cəbhədə düşmənlə 69 hərbi toqquşma olub. Ölkənin şərqində və cənubunda əməliyyat vəziyyəti ağır olaraq qalır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.
Bildirilib ki, Kupyanski istiqamətində Rusiya hücum əməliyyatları keçirməyib. Liman istiqamətində Ukrayna hərbçiləri Donetsk vilayətinin Ternı kəndi ərazisində rusların 1 hücumunu dəf edib. Burada ruslar Ukrayna qoşunlarının müdafiəsini yarmağa çalışıb.
Ukraynanın digər bölgələrində də rus hərbçiləri taktiki mövqelərini yaxşılaşdırmağa cəhd göstəriblər. Lakin hücumları uğursuz olub.