Ukrayna cəbhəsində ən gərgin nöqtə… – Baş Qərargah

Ukrayna cəbhəsində ən gərgin nöqtə… – Baş Qərargah

Pokrovski istiqaməti cəbhədə ən gərgin nöqtə olaraq qalır.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Bütün cəbhə xətti boyu hərbi toqquşmaların sayı 62-yə çatıb. Ən gərgin vəziyyət Pokrovski istiqamətində qalır. İşğalçılar Kupyanski və Severski istiqamətlərində də hücuma keçməyə çalışırlar”, – Baş Qərargah məlumatında vurğulayıb.

Bundan əlavə, bildirilib ki, Ukrayna yaşayış məntəqələri Rusiya ərazisindən atəşə və hava zərbələrinə məruz qalır.

Teqlər: