Ukrayna hələ bütün qüvvələrini əks-hücuma göndərməyib, konflikt hələ uzun aylar davam edə bilər.
AzerTimes xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
“Ukrayna hələ öz qoşunlarını bütünlüklə əks-hücuma göndərməyib. Bu o deməkdir ki, Ukrayna hərbçilərinin sayı əks-hücumun sonuna qədər artacaq”, – deyə bildirilib.
Qeyd edək ki, Ukrayna ordusu iyunun 4-də Donetskin cənubundan, Baxmut və Zaporojye istiqamətlərindən əks-hücuma başlayıb.