Ukrayna bunu etsə, yox olacaq – Lukaşenko

Ukrayna bunu etsə, yox olacaq – Lukaşenko

Ukraynanın Moskvaya və ya Rusiyanın hər hansı digər şəhərinə qarşı “çirkli bomba” istifadə etməsi cavab zərbəsinə səbəb olacaq və nəticədə Ukrayna mövcudluğunu itirəcək.

AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya-1 ” telekanalında “60 dəqiqə” verilişində deyib.

“Qulaq as, o (Ukrayna Prezidenti Vladimir Zelenski nəzərdə tutulur – red.) o qədər də cəsarətli deyil. Qırmızı düyməni basmaq üçün müəyyən cəsarət lazımdır. İkincisi, bundan sonra nə olacağını düşünmək lazımdır. Yaxşı, basdım, sən “çirkli bomba” atsan, Rusiya dağılacaq? Yox! Rusiya ölməyəcək, amma o qədər vuracaq ki, Ukrayna yox olacaq”, – Lukaşenko qeyd edib.

Teqlər: