OTP bankı beynəlxalq müharibə sponsorları siyahısından çıxarılana qədər Avropa Birliyi daxilində Ukraynaya hərbi yardım üçün heç bir maliyyə dəstəyi verməyəcəyik.
AzerTimes xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
“Əgər ukraynalılar Macarıstanın ən böyük bankı OTP-nin beynəlxalq müharibə sponsorları siyahısında yer aldığı mənasız, aldadıcı müddəaya son qoysalar, biz fikrimizi dəyişməyə hazırıq”, – Siyarto qeyd edib.