Ukrayna buna özü qərar verməlidir – Kirbi

Ukrayna buna özü qərar verməlidir – Kirbi

ABŞ Ukrayna ilə müntəzəm əlaqə saxlayır. Vaşinqton əks-hücumun uğurlu olmasını təmin etmək üçün dəstək verməyə davam edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Onlar bizi məlumatlandırır və biz onlara əks-hücumda kömək etmək üçün əlimizdən gələni etməyə davam edirik”,- o bildirib.

Ağ Evin nümayəndəsi vurğulayıb ki, Rusiya mövqelərinə hücumun sürəti və istiqamətinə məhz Ukrayna tərəfi qərar verir:

“Ukrayna qüvvələri müəyyən irəliləyiş əldə edib. Özləri də dedilər ki, bu, onların istədikləri qədər əhəmiyyətli deyil, lakin biz yenə də diqqətimizi onların ehtiyac duyduqları hər şeyə sahib olmasına yönəldəcəyik”.

Teqlər: