Ukrayna buna görə hücuma keçə bilmir – Pavel

Ukrayna buna görə hücuma keçə bilmir – Pavel

Müttəfiqlər Ukraynanı çox effektiv texnika ilə, məsələn, müasir tanklarla təchiz edir, lakin onun üçün kritik sursat çatışmazlığı var ki, bu da müasir silahları “anbar malına” çevirir.

AzerTimes xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel Ukraynaya səfərindən sonra deyib.

“Ukraynada həm mərkəzi səviyyədə, həm də bir region səviyyəsində danışıqlardan məlum oldu ki, uğurlu müdafiə üçün Ukrayna bu gün hər şeydən çox döyüş sursatına ehtiyac duyur. Kritik sursat çatışmazlığı Ukraynanın özünü effektiv müdafiə etmək imkanlarını nəinki məhdudlaşdırır, həm də onun uğurlu əks-hücum keçirmə imkanlarını müəyyən dərəcədə məhdudlaşdırır”, – o bildirib.

Teqlər: