Ukrayna buna görə əraziləri sürətlə azad edə bilmir – Jdanov

Ukrayna buna görə əraziləri sürətlə azad edə bilmir – Jdanov

Ukrayna hərbçiləri cənubda və digər ərazilərdə düşmənin zəif nöqtələrini tədqiq etməyə çalışır.

AzerTimes xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov deyib.

“Biz düşmənin zəif nöqtələrini tapmağa çalışırıq. Bu, ağıllı addımdır. Hazırda ikinci dərəcəli, zəiflədən, diqqəti yayındıran zərbələr görürük ki, onların arasında əsas zərbə gizlənir. Əsas istiqaməti ancaq Baş Qərargah bilir. Bu planlar haqqında rota və ya batalyon komandiri belə bilmir. Ukrayna mümkün qədər çox müdafiəçinin həyatını xilas etmək, mövcud resurslardan ən yaxşı şəkildə istifadə etmək, manevr və əməliyyat çevikliyinə imkan vermək üçün əraziləri sürətli templə azad etmək iqtidarında deyil”, – o bildirib.

Teqlər: