Rusiyanın bir neçə şəhərində 9 May paradını ləğv ediblər, lakin Moskvada baş tuta bilər.
AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Roman Svitan deyib.
O bildirib ki, Qırmızı meydanda keçiriləcək paraddakı hərbi texnika Ukrayna ordusu üçün legitim hədəf sayılır.
Svitan Ukrayna hərbçilərinin belə bir zərbə üçün mexanizm tapacağını vurğulayıb.
“Düşünürəm ki, belə bir tapşırığın icrası üçün bizdə mexanizmlər kifayət edəcək. Hərbi obyektlər Qırmızı meydana çıxsa, onlar hədəfə çevriləcək”, – deyə o bildirib.