Ukrayna bu tarixdə Krıma hücuma keçəcək – General

Ukrayna bu tarixdə Krıma hücuma keçəcək – General

Zelenski Qərb tanklarının köməyi ilə Krıma hücum edəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna ordusunun generalı Nikolay Malomuj deyib.

O bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ağır texnikanın çatdırılmasına başlandıqdan 2 ay sonra Krıma hücum etmək üçün Qərb tanklarından istifadə edəcək.

“Bu, tanklarla Donetsk istiqamətində və bütün cənub dəhlizi, o cümlədən Krım boyunca hücuma keçməyə imkan verəcək”, – Malomuj bildirib.

O əlavə edib ki, Krıma hücumun vaxtı Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin hazırlığının sürətindən asılıdır. Ukrayna ordusunun generalı hesab edir ki, bu, 2 ay çəkəcək.

Teqlər: