Ukrayna bu tarixdə əks-hücuma başlaya bilər – Rəsmi

Ukrayna bu tarixdə əks-hücuma başlaya bilər – Rəsmi

Ukrayna Silahlı Qüvvələri yayda işğal olunmuş əraziləri azad etmək üçün əks-hücum əməliyyatına başlaya bilər.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri və tərəfdaşları ona hücumda təzyiq göstərmirlər:

“İndi ən güclü təzyiq ölkə daxilindən hiss olunur”.

“Bütün dostlarımız və tərəfdaşlarımız yaxşı bilirlər ki, əks-hücuma keçmək üçün buna 100%, hətta daha çox da hazır olmaq lazımdır”, – Şmıqal deyib.

Qeyd edək ki, daha öncə yayılan məlumatlarda Ukrayna ordusunun may ayına kimi hücuma keçəcəyi bildirilirdi.

Teqlər: