Ukrayna 2024-cü ilin sonuna kimi Avropa Birliyinin (AB) tamhüquqlu üzvü olmağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal deyib.
“Avrointeqrasiya ilə bağlı işlər bir gün belə dayanmır.Artıq 2024-cü ilin sonunda biz AB-yə üzv olmağa tam hazır olacağıq. Bu, bizim dəyərimizdir və sivilizasiya yoludur”, – deyə o bildirib.