Böyük Britaniyanın “Challenger 2” tankı super silah deyil.
AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı ekspert Aleksey Podberezkin deyib.
“Bu tanklar bir çox səbəblərə görə o qədər mükəmməl silah deyil. Belə ki, ağır olduğundan təmiri bir o qədər mümkün deyil. Ukrayna Silahlı Qüvvələri bu tankları qorumağa çalışdı və meydanda çox istifadə etmədi. Əgər daha çox istifadə etmiş olsaydılar, tankların çoxu məhv edilmiş olardı”, – Podberezkin bildirib.
Ekspertin sözlərinə görə, daha çox “Challenger” tanklarının Ukraynaya tədarükü elə də mümkün görünmür:
“Çatdırılmalar məhdud sayda davam edə bilər. Ancaq bu tədarüklərin həyata keçirilməsi üçün Böyük Britaniyada olanların əsaslı təmir edilməsinə ehtiyac var. Düşünürəm ki, Ukrayna Silahlı Qüvvələrinin potensialını 10-20 “Challenger” tankına çatdırmaq mümkün deyil. Çünki İngiltərədə də bu tanklar çox deyil. Eyni zamanda onlar çox yaxşı başa düşürlər ki, onların sayını artırılması çox işə yaramayacaq”.