Ukrayna bu tanınmış ermənilərə sanksiya tətbiq etdi

Ukrayna bu tanınmış ermənilərə sanksiya tətbiq etdi

Ukrayna Rusiyanın bir sıra tanınmış simalarına sanksiya tətbiq edib.

AzerTimes xəbər verir ki, bununla bağlı Ukrayna lideri Vladimir Zelenski fərman imzalayıb.

Fərmana əsasən, sanksiya siyahısına düşən şəxslərin Ukraynadakı aktivləri dondurulub. Həmçinin onlarla ticarət əməliyyatları dayandırılıb, bütün lisenziyalar və ya icazələr ləğv edilib, qiymətli kağızlarla əməliyyatlar və müəllif hüquqlarının ötürülməsi qadağan edilib.

Sanksiya siyahısına Mixail Qalustyan, Yevgeni Petrosyan, Nikita Mixalkov, İrina Alleqrova, Marqarita Simonyan və digər rusiyalı tanınmışlar daxil edilib.

Teqlər: