Ukrayna bu strateji şəhəri azad edə bilər

Ukrayna bu strateji şəhəri azad edə bilər

Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin sağ sahil hissəsini, o cümlədən vilayət mərkəzini azad etmək şansı yüksəkdir.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna mediasına müsahibəsində beynəlxalq təhlükəsizlik məsələləri üzrə ekspert Yuri Fedorov deyib.

“Nə üçün Donetsk vilayətində hücumun rus qoşunları üçün asan olacağına inanılır? Mən bunu görmürəm. Burada kifayət qədər möhkəmləndirilmiş istehkam var. Həmçinin, Slavyansk-Kramatorsk-Baxmut xətti boyunca mövqelər. Rusiya ordusu bu şəhərləri ala biləcək, lakin bu proses bir ayın məsələsi deyil”, – Fedorov bildirib.

Ekspertin fikrincə, Donetsk vilayətinə hücum zamanı Rusiyanın logistika və əvvəlki kimi mərmi tədarükünü təmin edib artilleriya zərbələri endirməsi çətindir:

“Ümumiyyətlə, hərbi əməliyyatların mənzərəsi belədir ki, Xarkov vilayətində indiki mövqe müharibəsi 2-3 ay davam edə bilər. Ümid edirəm ki, Rusiya qoşunlarının Donetsk vilayətində hücumu çox ləng olacaq”.

Teqlər: