Ukrayna ordusu səhər saatlarından başlayaraq, Zaporojye vilayətinin işğal altındakı Berdyansk şəhərinə kütləvi dron zərbələri endirir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Rusiya separatçılarının Zaporojyedəki nümayəndəsi Vladimir Roqov da hadisəni təsdiqləyib və bildirib ki, şəhərdə hava hücumundan müdafiə sistemləri işləyir.
Onun sözlərinə görə, şəhər hazırda kütləvi dron zərbələri altındadır. Əsas hədəf isə dəniz limanıdır.