Ukrayna bu şəhərə əlavə qüvvələr göndərir

Ukrayna bu şəhərə əlavə qüvvələr göndərir

Ukrayna qoşunlarının əlavə hissələrini Baxmuta köçürəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat yayıb.

O bildirib ki, hazırda hərbi əməliyyatların episentri Baxmutdur:

“Orada vəziyyət həqiqətən gərgindir. General Sırski Şərq Qüvvələr Qrupunun komandanıdır. O, daim şərqdə cəbhə xəttindədir. O, demək olar bütün Baxmutu gəzib”.

Qeyd edək ki, bu gün Vladimir Zelenskinin müşaviri Aleksandr Rodnyanski Ukraynanın lazım gələrsə, Baxmutdan strateji olaraq geri çəkilə biləcəyini açıqlamışdı.

Teqlər: