Ukrayna hakimiyyəti ötən il Avstraliyanın “Hornet” qırıcılarından imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə “Australian Financial Review” nəşri məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə Kiyevə 41 belə təyyarənin verilməsi müzakirə olunurdu. Lakin Ukrayna Hərbi Hava Qüvvələrinin yüksək rütbəli hərbçisi sözügedən məsələ ilə bağlı görüşlərdən birində bu təyyarələri istəmədiklərini bildirib və onu “uçan zibil” adlandırıb.
Məlumata görə, bu yanaşma Avstraliya qırıcılarının Ukraynaya tədarükünün üstündən xətt çəkdi.