Ukrayna BMT-nin 30 üzvü ilə birgə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Ekvadora müraciət edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba X hesabında məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Ukraynaya raket və dron hücumunu nəzərdən keçirmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmaq xahişi ilə müraciət edib.
“Hücumlar çoxsaylı mülki əhalinin tələfatı və mülki infrastrukturun ciddi şəkildə məhv edilməsi ilə nəticələnib”, – nazir bildirb.