Ukrayna müdafiəçiləri Donetsk vilayətinin Andreyevka kəndindən Rusiya hərbçilərini çıxarıblar.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Şərq qruplaşması qoşununun sözçüsü Sergey Çerevatıy deyib.
O bildirib ki, Baxmut ətrafında başqa yaşayış məntəqəsi kimi Andreyevkanın azad edilməsi şəhəri mühasirəyə almaq və düşməni qovmaq baxımından əməliyyatı başa çatdırmağa imkan verir.
Bildirilib ki, iyulun 25-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində irəliləməkdə davam etdiyinə dair məlumat yayılıb. Ukrayna hərbçiləri Donetsk vilayətinin Staromayorski rayonunda cəbhə xətti boyunca 500 metr irəliləyərək uğur qazanıblar. Məlumata əsasən, hazırda müdafiə qüvvələri əldə olunan xətlərə yerləşdirilib.