Ukrayna bu istiqamətdə 2 kilometr irəlilədi – Baş Qərargah

Ukrayna bu istiqamətdə 2 kilometr irəlilədi – Baş Qərargah

Ukrayna ordusu noyabrın 9-da Luqansk istiqamətində 2 kilometrə qədər irəliləyib.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov deyib.

“Müdafiə Qüvvələrinin qruplaşması Ukrayna torpaqlarını tədricən işğalçılardan azad etməkdə davam edir. Luqansk vilayətində yalnız ötən sutka ərzində qoşunlarımızın bölmələri döyüş əməliyyatlarının aparılması zamanı bəzi istiqamətlərdə 2 kilometrə qədər irəliləyiblər”, – Qromov bildirib.

Teqlər: