Ukrayna Çexiya və Slovakiya ilə piyada döyüş maşınlarının alınması və texniki xidmət göstərilməsi ilə bağlı niyyət bəyannaməsi imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov Tvitter hesabında məlumat verib.
“Detallar barədə daha sonra məlumat veriləcək. Buna baxmayaraq, bu, ölkələrimiz arasında əməkdaşlıqda mühüm addımdır”, – Reznikov qeyd edib.