Ukrayna Rusiya ilə münaqişədə məğlub olarsa, Zakarpatiya bölgəsini Macarıstana verməlidir.
AzerTimes xəbər verir ki, bunu Macarıstanın millətçi Bizim Vətən Partiyasının lideri Laslo Torotskai deyib.
“Ukraynadakı müharibə ilə bağlı mesajımız çox sadədir: dərhal atəşkəs, sülh və danışıqlar yolu ilə həll. Əgər bu müharibə Ukraynanın dövlətçiliyini itirməsi ilə başa çatarsa, o zaman belə mövqe tutan yeganə Macarıstan partiyası tərəfi adından bəyan edim ki, biz Zakarpatiyaya iddia edirik”, – Torotskai bildirib.