Ukrayna ordusu Avdeyevka-Donetsk xəttində məhdud hücum əməliyyatlarını davam etdirərək irəliləyiş əldə edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Ukrayna qüvvələri Donetskin qərbində, Nevelskoye yaxınlığında “boz zona”nı ələ keçirib:
“Ruslar Avdeyevka-Donetsk xəttində hücum əməliyyatlarını davam etdirsələr də, uğursuz alınıb. Bununla yanaşı, rus qoşunu Kupyansk-Svatovo-Kremennoy xəttinə qurudan zərbələr endirib, bir qədər irəliləyib. Geolokasiya görüntülərindən görünür ki, ruslar Kremennayadan 22 km şimal-qərbdə Makeyevkadan bir qədər şərqə doğru irəliləyiblər”.