Ukrayna böyük fövqəladə hallar üçün NATO-dan yardım istəyib

Ukrayna mülki əhaliyə təsir edə biləcək “fərqli xarakterli”
genişmiqyaslı fövqəladə hallar üçün NATO-dan beynəlxalq yardım
istəyib.

AzerTimes-ın məlumatına görə, bu barədə NATO-nun mətbuat xidmətindən
bildiriblər.

“Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti mülki əhaliyə
təsir edə biləcək fərqli xarakterli genişmiqyaslı fövqəladə hallara
hazırlaşır. Zəruri prosedurlara uyğun olaraq, Avro-Atlantik Təbii
Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi fevralın 15-də Ukraynadan
beynəlxalq yardım üçün müraciət alıb”, – deyə mətbuat xidmətindən
bildiriblər.


Ukrayna həmçinin adı açıqlanmayan bəzi genişmiqyaslı fövqəladə
hallarla mübarizə üçün NATO-dan təcili olaraq yüzdən çox yolsuzluq
avtomobili, 760 motorlu şişmə qayıq, onlarla ağır tikinti
texnikası, minatəmizləmə və radiokimyəvi kəşfiyyat avadanlığı,
yanğınsöndürənlər və kimyəvi mühafizə qoşunları üçün on minlərlə
xüsusi təchizat, müxtəlif diametrli 240 km yanğınsöndürən şlanqlar
və 30 mobil xəstəxana tələbə edib.