Atəşkəs və sülh danışıqlarının başlanması Ukrayna böhranının həllinin yeganə yoludur.
AzerTimes xəbər verir ki, bunu Çin sədrinin müavini Han Çen deyib.
“Rabitə və dialoq təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığa nail olmaq üçün mühüm vasitədir. Eyni şey münaqişə tərəflərinə də aiddir. Atəşkəs və sülh danışıqlarına başlanması Ukrayna böhranının həllinin yeganə yoludur. Çin münaqişənin həllinə yönəlmiş bütün səyləri dəstəkləyir. Ukrayna böhranının sülh yolu ilə həlli və sülhün mümkün qədər tez bərqərar olunmasında konstruktiv rol oynamağa davam edəcəyik”, – H.Çen vurğulayıb.
O, həmçinin qeyd edib ki, bütün ölkələrdə təhlükəsizlik məsələləri bir-biri ilə bağlıdır və bir-birinə təsir edir:
“Biz bütün ölkələrin ağlabatan təhlükəsizlik narahatlıqlarını nəzərə almalı və fikir ayrılıqlarını və mübahisələri dialoq və məsləhətləşmələr yolu ilə həll etməliyik”.