Ukrayna müharibəsinin necə həll oluna biləcəyini bilirəm, amma hələlik deməyəcəyəm.
AzerTimes xəbər verir ki, bunu Braziliya Prezidenti Jair Bolsonaro deyib.
O, Ukrayna münaqişəsinə necə son qoyacağına dair plan hazırladığını, lakin onu ukraynalı həmkarı Zelenskiyə təqdim etməyincə heç kimlə paylaşmayacağını bildirib:
“Bu müharibə Braziliya üçün daha az, Avropa üçün daha çox olsa da, böyük faciələrə səbəb olur”.
Bolsonaro, həmçinin, Ukrayna savaşının 1982-ci ildə Argentina və Britaniya arasında baş vermiş müharibə kimi həll edilə biləcəyini vurğulayıb.