Ukraynada konflikti hələ 2014-cü ildə hazırki ABŞ Dövlət katibi Entoni Blinken, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan, Dövlət katibinin köməkçisi Viktoriya Nuland və Co Bayden başlatdılar.
AzerTimes xəbər verir ki, bu sözləri amerikalı iqtisadçı Ceffri Saks “Hill” nəşrinə müsahibəsində deyib.
“Müharibə 10 il əvvəl başladı. O zaman Viktoriya Nuland Maydanda təkcə peçenye paylamırdı, həm də Ukrayna hakimiyyətini zorakılıqla devirmək üçün qiyamda iştirak etmişdi. Çox axmaqlıqdır”, – deyə Saks bildirib.