Ukrayna böhranı iki dövlət arasında münaqişə deyil, onun kökləri Qərbin təcavüzkar siyasətinin nəticəsidir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Dərhal demək istəyirəm ki, Ukrayna ilə bağlı böhran iki dövlət, iki xalq arasında hansısa problemlərdən qaynaqlanan münaqişə deyil. Vəziyyət başqadır. Münaqişənin kökləri ikitərəfli münasibətlərdə də deyil. Qərbin bütün bu illər ərzində, xüsusi hərbi əməliyyatlar başlamazdan xeyli əvvəl apardığı aqressiv və tamamilə avantürist siyasətin birbaşa nəticəsidir. Əgər münaqişə Rusiya ilə Ukrayna arasındakı ziddiyyətlərdən ibarət olsaydı, ortaq tarix və mədəniyyət, mənəvi dəyərlər, milyonlarla qohumluq, ailə və insani əlaqələri özlərində birləşdirən ruslar və ukraynalılar istənilən məsələni ədalətli həll etmək yolunu tapardılar”, – Putin bilirib.