Ukrayna böhranı bunu açıq şəkildə nümayiş etdirdi

Ukrayna böhranı bunu açıq şəkildə nümayiş etdirdi

Ukrayna böhranı bir çox ölkələrə çoxqütblü sistemin dünyada ABŞ mərkəzli modeldən daha yaxşı işlədiyini açıq şəkildə nümayiş etdirdi.

AzerTimes xəbər verir ki, bunu “Neyşnl İnterst”(The National Interest) jurnalının köşə yazarı Robert Rabil məqaləsində yazıb.

O bildirib ki, məhz Ukraynadakı münaqişə bir çox dövlətləri Vaşinqtonun iradəsini yerinə yetirmək yox, öz maraqlarını həyata keçirmək qərarına gəlməyə vadar etdi:

“Onların çoxu ABŞ-ın dostu və ya müttəfiqidir. Ancaq Ukrayna böhranına görə onlar Rusiya və Çinin düşməni və ya rəqibi deyillər. Onlar başa düşürlər ki, məhdud resurslar uğrunda qlobal rəqabət zamanı Rusiyaya nə sanksiyalar tətbiq edə, nə də qarşı gedə bilərlər. Ancaq eyni dərəcədə ABŞ-la da münasibətləri korlaya bilməzlər. Nəticə etibarı ilə onların siyasətləri soyuq müharibənin ideoloji ikiliklərindən azad öz maraqları ilə diktə olunur”.

Müəllif bildirib ki, bu tendensiya ABŞ dollarını təhlükəli vəziyyətə salmağa da qadirdir:

“Sözsüz, dollardan beynəlxalq miqyasda istifadənin cəlbediciliyi Amerikanın geosiyasətinin və iqtisadi olaraq güclü olmasından irəli gəlir. Lakin bu cazibə öz parıltısını bir qədər itirib. Xarici nöqteyi-nəzərdən ABŞ-ın dövlət borcu 31 trilyon dolları keçib və buna görə Amerikanın qlobal təsiri azalmaqdadır. Təsadüfi deyil ki, bəzi müttəfiqlərimiz və ya dostlarımız öz ticarət və valyuta ehtiyatlarında müxtəlif valyutalardan istifadə etmək və ya saxlamaq barədə düşünürlər”.

Teqlər: