Ukraynadakı müharibə fonunda avropalı dostlarımızın enerji böhranından daha az təsirlənməsi üçün səy göstəririk.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu məsələdə xüsusilə Azərbaycan öz üzərinə böyük məsuliyyət götürüb.
XİN başçısı eyni zamanda qeyd edib ki, Türkiyə energetika və logistikanı müzakirə etmək məqsədilə Qazaxıstan və Türkmənistanla üçtərəfli iclas keçirəcək.