Ukrayna BMT TŞ-in iclasını çağırdı

Ukrayna BMT TŞ-in iclasını çağırdı

Ukrayna Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarına cavab olaraq təcili BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını tələb edib.

AzerTimes xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz BMT Təhlükəsizlik Şurasının təcili olaraq fövqəladə iclasının çağırılmasını tələb edirik. Ukrayna Rusiyadan gələn nüvə təhlükəsinə qarşı Böyük Britaniya, Çin, Fransa və ABŞ-dan effektiv və operativ addımlar gözləyir”, – məlumatda deyilir.

Qeyd edək ki, bir gün əvvəl Putin 2023-cü il iyulun 1-də Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisinin başa çatacağını açıqlamışdı.

Teqlər: