Ukrayna bizim işimizə qarışa bilməz – Qaribaşvili

Ukrayna bizim işimizə qarışa bilməz – Qaribaşvili

Ukrayna hakimiyyəti öz işləri ilə məşğul olmalı və Gürcüstanın daxili siyasi işlərinə qarışmamalıdır.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

“Bizim öz baxışımız, öz planımız var, ona uyğun olaraq ardıcıl hərəkət edirik. Daxili siyasi məsələlərdə bizə kiminsə məsləhəti, müdaxiləsi lazım deyil. Bu, hər bir halda qəbuledilməzdir”, – deyə Qaribaşvili bildirib.

Eyni zamanda, baş nazir Ukraynanın Gürcüstan səfirini Kiyevdən qovmaq qərarını ədalətsiz adlandırıb:

“Bu, Ukrayna hakimiyyətinin qəbul etdiyi əsassız, tamamilə ədalətsiz qərardır”.

Qeyd edək ki, Ukrayna Ali Radası Gürcüstan prezidentini öz səlahiyyətindən istifadə edərək, Saakaşvilini azad etməyə çağırıb.

Teqlər: