

Gələcəkdə Ukrayna bir neçə hissəyə bölünə bilər, ölkənin 1991-ci il sərhədlərinə qayıtmaq şansı yoxdur.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Teleqram kanalında yazıb.
“1991-ci il sərhədləri daxilində tanıdığımız Ukrayna artıq yoxdur. Başqa Ukrayna yaranacaq. Dövlətlərin sərhədi heç vaxt “yerində dayanmayıb”, dəfələrlə dəyişib. Ruslar, ukraynalılar və belaruslar vahid meta-məkan təşkil edirlər. Burada istədiyiniz qədər dövlət qurumu ola bilər, amma etik və sivilizasiya məkanı birdir”, – o bildirib.