Ukrayna Rusiya onun ərazisinin müəyyən hissəsini ələ keçirə bilsə belə, sağ qalacaq.
AzerTimes xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
O bildirib ki, fevralın 24-də müqavimət və mübarizə tamamilə mənasız görünürdü:
“Ukrayna bir neçə günə süqut etməli idi, keçmiş imperiyaya qarşı heç kim ona şans vermədi. Buna baxmayaraq, Ukrayna dözür. Müharibənin nəticəsi hələ məlum olmasa da, mən artıq bilirəm ki, Ukrayna sağ qalacaq. Ukrayna xalqı bu müharibə sayəsində yenidən doğuldu, özlərində yəqin ki, heç vaxt olmayan bir inam tapdı, özlərində ümid və cəsarət tapdı və ən çox özünə sübut etdi ki, iradə tarixin hökmlərini dayandırmağa qadirdir”.