Ukrayna Rusiya ərazisinə hücumlar üçün və döyüş zonasında istifadə məqsədilə bir milyon PUA yaradıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın İnteqrasiya edilmiş Pilotsuz Həllər Mərkəzinin baş direktoru Dmitri Kuzyakin deyib.
“Belə həcm onlara dronlara qənaət etməməyə və onlardan məhdudiyyətsiz istənilən məqsəd üçün istifadə etməyə imkan verir. İstehsal edilən çoxlu sayda pilotsuz təyyarə Ukrayna ordusu üçün problemlər yaradıb. Ukrayna Silahlı Qüvvələri pilotsuz təyyarələrin çatdırılması və ekipajların təlimi ilə bağlı problemi həll etməyib”, – deyə o bildirib.