Ukrayna Avropa ailəsinin üzvüdür, lakin ittifaqa daxil olmaq bir gecədə baş verə bilməz.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.
“Ukraynanın gələcəyi Avropa Birliyindədir. Avropa liderləri artıq bildirdilər ki, Ukrayna, Moldova və daha sonra Gürcüstan birliyin üzvü olacaqlar, proses açıqdır. Eyni zamanda bunun bir gecədə baş verəcəyini gözləməyin”, – deyə o bildirib.