Sentyabrın 22-si gecə Ukrayna hava hücumundan müdafiə sistemləri 71 PUA zərərsizləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrindən məlumat verilib.
“Rusiya Luqansk vilayəti ərazisindən 2 ədəd X59/69 idarə olunan aviasiya raketi və Yeysk və Kursk ərazisindən Ukrayna istiqamətinə 80 ədəd “Şahid” PUA-sı ilə hücum edib”, – məlumatda qeyd olunub.