Ukrayna bir dövlət kimi mövcud olacaqmı? – Orban

Ukrayna bir dövlət kimi mövcud olacaqmı? – Orban

AB Ukraynanı dəqiq plan təqdim etmədən münaqişəyə sürüklədiyi üçün mənəvi məsuliyyət daşıyır.

AzerTimes xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban bildirib.

“Müharibənin gətirdiyi dağıntıları nəzərə alsaq, Ukrayna gələcəkdə yaşaya bilən dövlət kimi mövcud olacaqmı? Biz aydın bir plan olmadan dəstək vəd edərək Ukraynanı bu münaqişəyə sürüklədiyimiz üçün mənəvi məsuliyyət daşıyırıq. Belə davam etsək, məhv olar. Bu şərtlər altında onun üzvlüyü bağlı danışıqlar tezdir. Əvvəlcə onun sərhədlərini və əhalisini dəqiqləşdirmək lazımdır”, – V.Orban qeyd edib.

Qeyd edək ki, Macarıstan AB ölkələrinin Ukraynanın birliyə daxil olması ilə bağlı danışıqlara başlamağa imkan verəcək razılaşma əldə etməsinə qarşıdır.

Teqlər: