Ukrayna Beynəlxalq Ədalət Məhkəməsində Rusiyaya qarşı iddiasında tam qələbə qazanıb – Zelenski

Ukrayna Beynəlxalq Ədalət Məhkəməsində Rusiyaya qarşı iddiasında
tam qələbə qazanıb.

AzerTimes xəbər verir ki, bunu
Ukrayna Prezidenti Volodimir Zelenski “Twitter” hesabında
yazıb.

“Beynəlxalq Ədalət Məhkəməsi işğalı dərhal dayandırmağı tələb
edir. Bu qərar beynəlxalq hüquq çərçivəsində məcburidir. Rusiya
dərhal buna əməl etməlidir. Sərəncama məhəl qoymamaq Rusiyanı daha
da təcrid edəcək”, – deyə Zelenski qeyd edib.

Beynəlxalq Ədalət Məhkəməsi hesab edir ki, Rusiya Federasiyası
iş üzrə yekun qərara qədər 24 fevral 2022-ci il tarixində Ukrayna
ərazisində başladığı hərbi əməliyyatları dayandırmalıdır.

Məhkəmə sənədinə görə, Rusiya Federasiyası, həmçinin təmin
etməlidir ki, onun rəhbərlik etdiyi və ya dəstəklədiyi hər hansı
hərbi və ya qeyri-qanuni silahlı birləşmələr, habelə onun
nəzarətində və ya rəhbərliyi altında olan hər hansı təşkilat və
şəxslər bu hərbi əməliyyatların davam etdirilməsi üçün heç bir
addım atmasınlar.

Teqlər: