Ukrayna Belqorodu yenə vurdu: Yaralananlar var

Ukrayna Belqorodu yenə vurdu: Yaralananlar var

19:39

Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Mümkünsə evdə qalın. Pəncərələrə yaxın getməyin”, – məlumatda bildirilib.

***

Rusiyanın Ukrayna ilə sərhədyanı Belqorod vilayəti yenidən atəşə tutulub.

Hücum nəticəsində 5 nəfər yaralanıb.

Bundan başqa, çoxmərtəbəli bina, Belqorod Dövlət Texnologiya Universitetinin yataqxanası, supermarket və bir neçə avtomobilə ziyan dəyib.

Eyni zamanda, “Baza” yaralı sayının 6 nəfər olduğunu açıqlayıb.

Vilayətin qubernatoru Vyaçeslav Qladkov isə zərərçəkmişlər barədə hələlik açıqlama verməyib.

Teqlər: