Ukrayna ordusu ötən sutka ərzində Belqorod vilayətinə artilleriya və PUA-larla zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Onun sözlərinə görə, zərbələr nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Bundan başqa, 50 ev, 2 sosial obyekt, 3 müəssisə və 8 avtomobilə ziyan dəyib.