Ukrayna Belqorodu vurdu: ölənlər var

Ukrayna Belqorodu vurdu: ölənlər var

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov son sutkada regionun atəşə tutulması nəticəsində 7 mülki sakinin öldüyünü deyib.

AzerTimes xəbər verir ki, bu barədə vilayət başçısı Teleqramda yazıb.

“Ötən gün Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 7 dinc sakin həlak olub, 10-u yaralanıb, 3-ü xəstəxanaya yerləşdirilib”, – Qladkov bildirib.

Teqlər: