Ukrayna ordusu PUA-larla Belqorod vilayətinə hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində Qrafovka kəndinə ziyan dəyib:
“Drondan atılan partlayıcı qurğu özəl sektorlardan birinə düşüb. Nəticədə iki avtomobil tamamilə yanıb. Həmçinin iki fərdi evin pəncərələri sınıb, dam örtüyü, fasad və hasarlar dağılıb”.